"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Baxış: 30



Avropa Liqasının qrup mərhələsinin dünən baş tutan qarşılaşmalarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.
 
AzeriXalq.az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransa “Nant”ına qalib gələrək (3:0) daha 3 xal qazanıb.
Azərbaycanın 5 il ərzində ümumilikdə 15,125 xalı var və bu göstərici ilə Azərbaycan hələ də UEFA reytinq siyahısında 29-cu yerdədir.
Siyahıda xal hesabı ilə ölkəmizə ən yaxın rəqiblər Polşa və Slovakiyadır (hər biri 17 000). Qazaxıstan isə 12,625 xalla Azərbaycana yaxın mövqedədir.
Qeyd edək ki, ölkəmiz mövsümə 12.625 xalla başlayıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!