Adil Əliyev həbsdən çıxan dünya çempionuna vəzifə verdi - FOTO

Baxış: 33




Qaynatasını döydüyü üçün 2019-cu ildə həbs olunan və bir müddət əvvəl azadlığa çıxan Ehram Məcidova vəzifə verilib.
AzeriXalq.az hit.az-a istinadən bildirir ki, 5 qat dünya çempionu Kikboks Federasiyasında I vitse-prezident  təyin olunub.
Bir neçə gün öncə E.Məcidov Azərbaycan Kikboks Federasiyasının fəxri sədri Adil Əliyevlə görüşüb.
Qeyd edək ki, Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.
Prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.
Məlumat üçün bildirək ki, Orxan Əliyev AKF-nin prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədridir.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!