“Bavariya”nın futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb

Baxış: 19






Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.
Polşalı hücumçu Bundesliqada ardıcıl 8 səfər oyununda qol vuran ilk futbolçu olub.
Robert seriyasını “Şalke” ilə matçda 8-ə çatdırıb. O, 4:0 hesablı səfər qələbəsinə 1 qolla töhfə verib.
Qeyd edək ki, Levandovski 17 turdan sonra 23 qolla bombardirlər yarışının lideridir.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!