Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

Baxış: 66




Fransa Güləş Federasiyası Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına münasibət bildirib.
AzeriXalq.az apasport.az-a istinadla bildirir ki, qurum Azərbaycan Güləş Federasiyasından üzr istəyib.
Fransalılar bu səhvin siyasətlə bağlı olmadığını vurğulayıb: "Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq".
Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!