Superliqa klubunda yeni baş məşqçi

Baxış: 58




"Dənizlispor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
AzeriXalq.az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Superliqa təmsilçisini Yalçın Koşukavakın çalışdıracağı bildirilib.
Tərəflər arasında yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı gözlənilir.
"Dənizlispor" mövsümə millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə başlasa da, noyabrda xorvatiyalı mütəxəssisi istefaya göndərərək, bu vəzifəyə Kenan Atiki gətirmişdi. Rəhbərlik Atikin fəaliyyətindən də narazı qaldığı üçün onunla yolları ayırıb.
Qeyd edək ki, "Dənizlispor" çempionatın turnir cədvəlində 6 xalla 20-ci pillədə qərarlaşıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!