Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı






Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir.
Buna qarşı da Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə Müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başaldılmışdı.

Artıq məlum olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşıb.

Bu günlər əzrində biz də BrendSport.az saytı olaraq bünün vətəndaşlarımız kimi, daim Ordumuzun yanında olduq və tərəfdaş şirkətlər, eyni zamanda qurumlarla birgə Ordumuza mənəvi dayaq durduq. Artıq işğaldan azad edilimiş bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır və yaxın günlərdə digər torpaqlarımızda da belə gözəl görüntülərin şahidi olacağıq.
Həmişə olduğu kimi, bu günlərdə də cəbhədə əsgərlərimizə mənəvi dəstək olmaq üçün saytımızın əməkdaşları idman ictimayəti ilə birlikdə "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyasını davam etdirdi. Gənclər və İdman nazirliyinin, bir çox idman federasiyalarının, eləcə də, BrendSport.az saytının təsisçisi Dönməz Abbasov və saytın baş redaktoru Bəhruz Səmədovun təşkilatçılığı idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrupu insanlar cəbhə bölgəsinə səfərlər edirdilər.
Bu səfərimiz zamanı qürurverici halın şahidi olduq. Belə ki, səfərimiz Qarabağımızın ürəyi sayılan gözəl Şuşamızın işğaldan azad olunması ilə eyni günə təsadüf etdi. Bu möhətəşəm qələbə sevincini əsgərlərimizlə birlikdə yaşamaq bizə də qismət oldu.

Bu səfərlərdə bizə media dəstəyi göstərən "AzərTAc"a, "AzeriXalq.az"a , " "Faktor.az"a , "İctimaixeber.com"a öz təşəkkürlərimizi bildiririk.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən və hər zaman bizimlə bərabər olan “Həyat” aptekinin rəhbəri Rəhim Axundova, "İslam oğlu" un məmulatlarının rəhbəri Azər İslamzadəyə, könüllü olaraq dəstək olan Pərvin Abıyevaya, “Suzani Bakı tekstil" şirkətinə, “Berg” enerji içkilərinə, Nərgiz Abbasovaya və Rafael Novruzalıyevə dərin minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, bu dəfəki zəfər dolu səfərimizdə Gənclər və İdman nazirliyi ilə bərabər, “Ciu-Citsu” Federasiyasının vitse-Prezdeni və “Scallezioni” şirkətinin rəhbəri Seymur Səfərov, Peşəkar Boks Federasiyasının vitse-Prezdeni boks üzrə dünya çempionu Fərhad Acalov, Azərbaycan MMA, Pankration və Qrepplinq federasiyasının Qrepplinq idman növü üzrə vitse-prezidenti Abbaslı Hüseynəli, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, prezident mükafatçısı  Hicran Şərifov, Volibol idman növü üzrə, idman ustası
Beynəlxalq dərəcəli məşqçisi
Klublar arası dünya çempionu və ikincisi
Avropa liqasının ikinci və üçüncü yerin mükafatçısı
Dəfələrlə Azərbaycan çempionu
Və nəhayət İndoneziya çempionu Ziya Rəcəbov, “Wite Rentacare” Rəşad Nağıyev, “Ciu-Citsu” üzrə Dünya və Avropa çempionu, cüdo üzrə Avropa mukafatçı Vüqar Cəfərov, “Cəngi” İdman Klubu və eyni zamanda hər zaman bizimlə yaxından tərəfdaşlıq etmiş, artıq Azərbaycanı Avropa və dünyada layiqincə təmsil edən şirkətlərdən olan "AZGRANATA" MMC-nin İdarə Heyətinin sədri, hüququ eləmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev yaxından dəstək olmuşlar.



Hamımıza məlumdur ki, 2011-ci ildə inşa olunmuş "AZGRANATA" şirkəti 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. "AZGRANATA" şirketi meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. "AZGRANATA"-nın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən bütün tərəfdaş şirkət və qurumlara, eyni zamanda könüllü olaraq bizə dəstək olan dostlara dərin minnətdarlığımızı bildiririk.
Vətən oğulları ilə keçirilən səmimi görüşdə iştirak edənlər çıxış edərək ordumuzun göstərdiyi şücaətdən, onlarda olan ruh yüksəkliyindən danışaraq, ordumuza Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və bütün Azərbaycan xalqının güvəndiyindən söz açmış, qazanılan Şanlı Qələbə münasibətilə təbrik etmişlər.

Vətən oğulları ilə görüşdən yüksək əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil olunması barədə qərar qəbul ediblər.









           Tarix: 11-11-2020 15:10   

Gündəm
































Video səhifəmiz
Fotosesiya