Xırdalanda narkotik qəbul edən iki gənc öldü

Baxış: 22

 

Xırdalanda narkotik qəbul edən iki gənc öldü
 
Xırdalanda son günlərdə 2 nəfər narkotik vasitənin təsirindən ölüb.
 
Xırdalan şəhəri “Mexkalon” yaşayış massivində 33 yaşlı V.Əsədov qəbul etdiyi narkotikin təsirindən vəfat edib.
Bundan 3 gün əvvəl isə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində 1996-cı il təvəllüdlü R.Nəsirov narkotik vasitənin təsiri nəticəsində həyatını itirib.
Hər iki ölüm faktı ilə əlaqədar araşdırma aparılır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!