Rusiya sülhməramlısı Xankəndi-Xocalı yolunda qəza törətdi - Ölənlər var (FOTOLAR)

Baxış: 39



Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. 
 
AzeriXalq.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. 
Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan eməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili ilə toqquşub. 
Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.
İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.
Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)
Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!