Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI

Baxış: 25



“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.
 
AzeriXalq.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:
“Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.
Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb. 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!