Daha bir müəllim koronavirusun qurbanı oldu

Baxış: 39



Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin rus dili müəllimi Yeganə Əliyeva koronavirusdan vəfat edib.
AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
"COVID-19"a yoluxan 62 yaşlı müəllimin bu gün dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Y. Əliyeva M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1982-ci ildən əmək fəaliyyətinə başlayıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!