Kafedra müdiri koronavirusdan vəfat etdi

Baxış: 43


Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan vəfat edib.
AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun ötən gün dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Baba Musa oğlu Qasımov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Azərbaycan Dövlət Universitetində, Qafqaz Universitetində, Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədi olub.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!