Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Sumqayıtda ağır qəza: 4 nəfər öldü, 1 yaralı var - FOTO

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzeriXalq.az bildirir ki, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AzeriXalq.az-ın FHN-ə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində "Saipa" və "Opel" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Saipa" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.





           Tarix: 26-05-2020 11:03   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya