Almeydadan Botkaya "kabab qoxusu" ilə bağlı CAVAB - VİDEO

Baxış: 40



Bir müddət öncə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsin Bakıda keçirilən ilk qarşılaşmasında rəqib komandanın oyunçusu Endre Botka Tofiq Bəhramov adına Respublika Stadionundan "kabab qoxusu" gəlməyindən şikayətlənmişdi. 
AzeriXalq.az BAKU.WS-ə istinadən xəbər verir ki, Macarıstanda baş tutan cavab matçında rəqib üzərində 1-3 hesabı ilə inamlı qələbə qazanan "Qarabağ"ın oyunçusu Riçard Almeyda Botkanın "kabab qoxusu" ilə bağlı kinayəli açıqlamalarına özünəməxsus reaksiya verib. 
Belə ki, oyunçu, qarşılaşmanın sonunda qələbəni qeyd edən zaman kameralara "Azərbaycan kababı əla" deyə səslənib.
Sözügedən görüntüləri sizə təqdim edirik:

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!