Məktəblinin döyülməsində təqsirli bilinən direktorla bağlı qərar bu gün açıqlanacaq

Baxış: 27

Məktəblinin döyülməsində təqsirli bilinən direktorla bağlı qərar bu gün açıqlanacaq

Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızına zorakılıq etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
AzeriXalq.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Apa-ya açıqlamasında bildirib ki, şagirdin döyülməsində təqsirli bilinən direktor Yeganə Əsgərova barəsində qərar günün sonuna qədər açıqlanacaq.
"Dünən axşam saatlarında prokurorluqdan təqdimat daxil olub. Gün ərzində bununla bağlı tədbirlər görülür. Həm pedoqoji heyət, həm də rəhbərliklə görüşlərimiz olub. Günün sonunda ictimaiyyətə ətraflı məlumat veriləcək" - deyə o bildirib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!