Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb

Baxış: 30


Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
AzeriXalq.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.
“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.
Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.
İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!