Qod Nisanova sanksiya tətbiq edildi

Baxış: 29


Avstraliya Rusiyaya qarşı növbəti dəfə sanksiya tətbiq edib.
 
AzeriXalq.az xəbər verir ki, sanksiyalara azərbaycan əsilli iş adamı Qod Nisanov da məruz qalıb. Nisanovdan başqa daha 15 Rusiya vətəndaşı sanksiya siyahısına daxil edilib.
 
Qeyd edək ki, Rusiyanın olimpiya çempionu, Milli Media Qrupunun direktorlar şurasının sədri Alina Kabayeva, uşaq ombudsmanı Mariya Lvova-Belova, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev, tikinti naziri İrek Fayzullin və nəqliyyat naziri Vitali Savelyevə də məhdudiyyətlər qoyulub.
 
Bundan əlavə, "Peçenqa" Beynəlxalq Dəniz Limanı" ASC-nin direktorlar şurasının rəhbəri İqor Putin, "Sogaz" sığorta şirkəti idarə heyətinin sədr müavini Mixail Putin və "MRT Şirkətlər Qrupu" MMC-nin direktorlar şurasının sədri Roman Putin sanksiyalara məruz qalıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!