
AzeriXalq.az xəbər veirr ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Teleqraf.com-a deputatların maaşlarının artmını şərh edərkən deyib:
"Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki... Artıb-artıb da... Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər".
Aqil Abbas Konstitusiya Məhkəməsinin, rayon məhkəmləri hakimlərin, ombudsmanın da maaşının artdığını xatırladıb: "Onlar barədə bir söz deyən yoxdur. Ancaq söyülmək üçün elə deputatları nişan verirlər. Qoy söysünlər, neyləyək?
O gün eşitdim Xeyrəddin Qoca deyib ki, deputatlar restoran biznesi ilə məşğul olur. Bəlkə hansı deputatınsa restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub? Özündən bunu da soruşmaq lazımdır".