Eldar Əzizov tapşırıqlar verdi - FOTO

Baxış: 32

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti görüşünü Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ilə keçirib.
 
AzeriXalq.az xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı şəhərinin və Xəzər rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saata yaxın ayaq üstə zala toplaşan 600 nəfərdən çox Binə sakininin müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan ciddi şəkildə inkişaf edir:
“Azərbaycan dünya ölkələri arasında əhəmiyyətli yer tutur və ölkəmizin mövqeyi günbəgün möhkəmlənir. Bu gün Avropada müharibə gedir, Yaxın Şərqdə ciddi problemlər yaşanır, Postsovet ölkələrində böhran hökm sürür.
Azərbaycanda isə sabitlik qorunub, bütün sahələrdə inkişaf var. İlk dəfə olaraq 200 ildən sonra tarixi nailiyyət əldə etdik, düşmənimizi məğlub edərək işğal altında olan torpaqlarımızı azad etdik.
Ölkəmizin iqtisadiyyatı inkişaf edir, sabitlik var, islahatlar aparılır. Ökə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanı gözəl gələcək gözləyir”.
Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, nəqliyyat, məşğulluq, dayanacaqlarda ödəmə terminallarının quraşdırılması və s. olub.
Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.
 





Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!