Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Baxış: 32





22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.
AzeriXalq.az



Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!