Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü

Baxış: 42


Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü

Mayın 13-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Vilayət Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ölkələr arasındakı münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.
Ölkəmizdə təhlükəsizlik sferasının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib. Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv olaraq inkişafına daim önəm verdiyini bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Seyfullah Hacımüftüoğlu ölkələrin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının nümayəndələri iştirak ediblər.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!