DTX Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib

Baxış: 28


Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.
AzeriXalq.az xəbər verir ki, paylaşımda deyilir:
"Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!