Bu il biz iki bayramı qeyd edirik - Allahşükür Paşazadə

Baxış: 12



Bu il biz iki bayramı qeyd edirik. Həm qələbəmizi, həm də Qurban bayramın. Şükür Tanrıya ki, bu günü bizə qismət etdi.
AzeriXalq.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Təzəpir Məscidində bayram namazı zamanı deyib.
A.Paşazadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi:
"Biz işğaldan azad edilən ərazilərə gedirik, ermənilər ərazilərimizi yerlə yeksan edib. Ağdama gedəndə gözlərimə inana bilmədim. Düşmən Ağdamı viran qoyub"./trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!