Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib - FƏRMAN

Baxış: 62


Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında pilotaj təlimi Sazişi təsdiq edilib.
AzeriXalq.az bildirir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi"nin təsdiq edilməsi haqqında" fərmanında əksini tapıb.
Fərmana əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi" təsdiqlənib.
Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!