“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM

Baxış: 40


Prezident İlham Əliyev "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.
AzeriXalq.az bildirir ki, Sərəncama əsasən, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etsin;
- Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!