200 gündən artıq bağlı qalan Bakı metrosu ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış: 69


Metro insanların sağlamlığının qorunması, "COVID-19" bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib.
AzeriXalq.az bildirir ki, bu barədə Bakı Metropoliteninin hesabatında deyilir.
Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımi tədbirləri yerinə yetirsə də, son nəticədə müvafiq şəraitdə yeraltı nəqliyyatın sərnişin daşınmasındakı iştirakı məqbul hesab edilmədi. Amma bununla belə metro gələcəkdə daşımaların daha rahat, xidmət mədəniyyətinin daha yüksək, hərəkətin daha təhlükəsiz olması üçün fəaliyyətini davam etdirir və çoxdan darıxdığı sərnişinlərini hər an qarşılamağa hazırdır./trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!