Prezident İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: "Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir "

Baxış: 70


Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.
AzeriXalq.az xəbər verir ki, dövlət başçısı bildirib: "Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız".
Daha sonra jurnalist sualın səhv anlaşıldığını və əslində digər terrorçu qruplar (İŞİD) haqqında sual ünvanladığını bildirib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!