Vaksin vurduranlar xaricə səfər zamanı COVİD testi verməlidirlər? - AÇIQLAMA

Baxış: 54




Əgər xarici ölkəyə səfər edən Azərbaycan vətəndaşı koronavirusa qarşı tamamlanmış vaksinasiya olunubsa, yəni iki dozada peyvənd vurdurubsa, bu halda onun COVİD-19 testi verməsinə ehtiyac yoxdur.
AzeriXalq.az bildirir ki, bunu Trend-ə turizm üz
rə ekspert Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, hazırda xarici ölkəyə səfər zamanı COVİD-19 testinin neqativ olması tələb olunan şərtlərdəndir:
"Lakin artıq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir. Buna görə də xaricə səfər edən şəxs iki dozada peyvənd olunubsa, onun PCR üsulu ilə yenidən COVİD-19 testinin verməsinin məntiqi izahı yoxdur. Bu səbəbdən də peyvənd olunanlar səfər zamanı vaksin vurdurmalarını təsdiq edən sənəd təqdim etməlidirlər".
C.Aşurov əlavə edib ki, peyvənd olunmanı tələb etməyən ölkələrə səfər edənlər COVİD-19 testi verməlidirlər. Ölkələrdən asılı olaraq, neqativ nəticəsi olan bu testin qüvvədə olma müddəti 48-72 saat olur.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Trend-ə bildirmişdi ki, xarici ölkəyə səfər zamanı vətəndaşlardan peyvəndin edilməsi barədə tələb olunacaq arayış elektron sistemdən çıxarılmaqla veriləcək.
Onun sözlərinə görə, peyvənd olunan bütün şəxslər haqqında məlumatlar elektron bazada toplanılır. Peyvənd olunanların şəxsiyyət vəsiqəsinin fin kodunu daxil etməklə sistemdə bu barədə məlumat almaq mümkündür:
"Əgər peyvənd edilən şəxslərə hər hansı xarici ölkəyə səfər zamanı peyvənd olunma haqqında sənəd tələb olunarsa, biz sistemdən məlumatları çıxararaq ona arayış təqdim edə biləcəyik".
Qeyd edək ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər zamanı şəxsin uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsinin olması vacibdir. (Rusiyaya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!