Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiq edilib

Baxış: 34


Prezident İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
AzeriXalq.az bildirir ki, sərəncama əsasən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!