Azərbaycan Texniki Universitetinin bir sıra əməkdaşlarına fəxri adlar verilib - SƏRƏNCAM

Baxış: 57




Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
AzeriXalq.az bildirir ki, Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Texniki Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar elm xadimi"
Hüseynov Rafiq Qurban oğlu
Rəsulov Nəriman Moğbil oğlu
"Əməkdar müəllim"
Abidov Çingiz Cabbar oğlu
Əhməd Abdullah Əmrullah oğlu
Haxiyev Əlabbas Seydi oğlu
Hüseynov Ələkbər Güləhməd oğlu
Xəlilov İsa Əli oğlu
Məmmədov Əhməd Adil oğlu
Namazov Sübhan Nadir oğlu
Rzayeva Gülşən Dəmirqan qızı
Rzayeva Nuriyyə Əsgər qızı
"Əməkdar mühəndis"
Baxşəli Valeh İsmixan oğlu
Bayramov Razim Paşa oğlu
Əliyev Hikmət Səxavəddin oğlu
Kərimov Ziyafət Xeyrulla oğlu
Yusubov Nizami Dəmir oğlu.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!