Hərbi vəziyyət ləğv edildi - FƏRMAN

Baxış: 200




Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı imzalayıb.
AzeriXalq.az bildirir ki, Fərmanla "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alınır:
- "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.
- Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!