Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam

Baxış: 37




Prezident İlham Əliyev "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AzeriXalq.az bildirir ki, Sərəncama əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!