Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Sonsevlə vida mərasimi başa çatıb - FOTOLAR


img
İşğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Sonsevlə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimi şəhidin evinin önündə təşkil edilib.
***
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonsevlə vida mərasimi başa çatıb.
O, İkinci Fəxri xiyabanda dəfn ediləcək.
***
Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:
“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".
Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi"/Report.




 




           Tarix: 26-10-2020 13:17   

Gündəm
































Video səhifəmiz
Fotosesiya