Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Türkiyəli məşhurlardan Azərbaycana dəstək paylaşımları




Türkiyənin məşhur simaları ötən gündən Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdən yazıblar.
AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış incəsənət nümayəndələri paylaşımlarında hər zaman Azərbaycanı dəstəklədiklərini bildiriblər.
Müğənni Mustafa Ceceli: "Vaxtı gəldi, Allah zəfər nəsib etsin".
Aparıcı Seren Serengil: "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin".
Aktyor Oktay Kaynarca: "Türkiyə daim Azərbaycanın yanındadır".
Aktrisa Tuvana Türkay: "Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm".
Müğənni Ebru Yaşar: "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq".
Müğənni Alişan: "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün".
Bundan əlavə, aktyor Haluk Bilginer, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç da instaqram səhifələrində dəstək paylaşımı ediblər.




           Tarix: 28-09-2020 12:14   

Gündəm
































Video səhifəmiz
Fotosesiya