Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Bu gün Milli Məclis 14 məsələni müzakirə edəcək






Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub. AzeriXalq.az  xəbər verir ki, bu, Milli Məclisin 30 sentyabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, İş Planına 14 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1.Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri.
2. Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri.
3. Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi nin təsdiq eidlməsi haqqında" qanun layihəsi.
4. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi.
5. "Daxili qoşunlar haqqında" qanun layihəsi.
6. "Hərbi qulluqçuların statusu" haqqında" qanun layihəsi.
7. "Lombardlar haqqında" qanun layihəsi.
8. "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında! qanun layihəsi
9. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi
10. "Ali təhsil haqqında" qanun layihəsi.
11. "Turizm haqqında" qanun layihəsi.
12. "Kinematoqrafiya haqqında" qanun layihəsi.
13. "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi
14. "Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında" qanun layihələri




           Tarix: 25-09-2020 11:13   

Gündəm
































Video səhifəmiz
Fotosesiya