Reklam
Xəbər lenti







11:14
22-09-2020
Neftin qiyməti artıb




08:56
22-09-2020
BÜRCLƏR


































Ən çox oxunanlar

Azərbaycanda bu tarixdən maska taxmaq ləğv edilə bilər - Həkim açıqladı




8 aydır ki, bütün dünyada, eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlullarından istifadə vacib hesab olunur. Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycan maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edə bilər?
AzeriXalq.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir:
"Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq.
Təbii ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün oacaq".




           Tarix: 09-09-2020 17:55   

Gündəm
































Video səhifəmiz
Fotosesiya