Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Şəhid generalla bağlı MÖHTƏŞƏM TƏKLİF




Əslən Tovuzdan olan araşdırmaçı-yazar qardaşımız Əkbər Qoşalı maraqlı bir təkliflə çıxış edib. Bir neçə gün öncə öz sosial media hesabında müvafiq post paylaşan qardaşımız, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin "Şəhid General Polad Həşimov" yaxud "Şəhid General" adlandırılması barədə təkliflə çıxış edib, mənim və Millət vəkili həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media istifadəçisi olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, millət vəkili həmkarlarım və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici rəylər yazılıb. Belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunam.
AzeriXalq.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.
Millət vəkili bu təklifi alqışladığını bildirib: "Hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, "Şəhid General Polad Həşimov", "Şəhid General" və ya "General Polad Həşimov" adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı və s.) yanaşı, məncə, ilk növbədə Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.
Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm!
Vətən sağ olsun!" (publika.az)




           Tarix: 29-07-2020 09:38   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya