Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Azərbaycanda 4 gün iş yoxdur - Xüsusi karantin planı hazırlanır




Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.
AzeriXalq.az baku.ws-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.
Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.




           Tarix: 27-07-2020 11:26   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya