Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb




Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.
AzeriXalq.az bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, əgər hər hansısa səfərbərlik olarsa, hərbi hissələrdən əlavə kadr istənilərsə, xidmət hərbi hissələri həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharibə dövründə zərurət yaranarsa, qurum hazırladığı kadrları xidmətə göndərə bilər: "Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilərlər. Bəzi şəxslər hərbi xidmətə getmək istədiklərini deyirlər. Bildririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.
Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.
Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildirir ki, bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz könüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal qaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər var və onlar da qeydiyyata alınır"./trend




           Tarix: 16-07-2020 15:32   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya