Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"

"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
"Bu ayın əvvəlində yazmışdım ki, "son günlərdə yol verilən kütləvi məsuliyyətsizliyin acısını virusun inkubasiya dövrü bitəndən sonra daha qabarıq hiss edəcəyik".

Bunu Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli sosial şəbəkədə yazıb.

V.Hacıbəyli bildirib ki, yoluxma halları və müvafiq olaraq ölüm halları artmaqda davam edəcək:

"Ötən günkü məlumata görə, Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb. Deməli bir gündə xəstə sayı 87 nəfər artdı. Bu templə getsək, yaxın həftələrdə vəziyyət daha pis olacaq. Bunun qarşısını almaq üçün ilk növbədə tibbi maska ilə bağlı problemlər həll edilməlidir. İndi yalnız metronun girişində maska taxılmasına nəzarət edildiyini müşahidə edirəm. Həmin sərnişinlərin də əksəriyyəti metroya düşən kimi maskanı çənəsinə salır".

Partiya rəhbəri qeyd edib ki, nəqliyyatda, mağazalarda, 10 nəfərdən artıq şəxsin yığışdığı hər yerdə qoruyucu maska taxmayanlara cərimə tətbiq edilməlidir:

"Bu təklifi ayın əvvəlində də vermişdim. Görürəm heç kəs "pis kişi" olub bu təklifi açıq dəstəkləmək istəmir. Bununla bağlı təcili normativ sənəd qəbul edilməli və polisə müvafiq səlahiyyət verilməlidir. Çox yox, 5 manat kifayətdir. Təsiri olacaq".

V. Hacıbəyli bildirib ki, bütün apteklərdə tibbi maskanın məhdudiyyətsiz satışı təmin edilməlidir:

"İndi çox yerdə bir ələ iki ədəddən artıq maska verilmir. Tibbi maskanın qiyməti əvvəllər bir ədədi 5 qəpik idi. İndi də həmin qiymətə satışı təmin edilsə, bir çoxlarının bəhanəsi də kəsilər"./Sherg.az




           Tarix: 28-05-2020 18:48   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya