Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi

Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov general Yaşar Əliyevin oğluna yüksək vəzifə verib.

 Nazirin əmri ilə polis kapitanı Tural Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin inspektoru vəzifəsindən azad edilərək Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili təyin olunub.

T.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi olmuş polis general-mayoru Yaşar Əliyevin oğludur.

Y.Əliyev bir neçə gün öncə nazirin əmri ilə vəzifəsindən azad olunub. Məlumata görə, Yaşar Əliyevə Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.

Onun oğlunun təyinatı isə Y.Əliyev DİN-dəki vəzifəsindən azad olunmadan öncə baş tutub./qafqazinfo




           Tarix: 21-05-2020 10:13   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya