Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları - FOTOLAR

Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir. Bu qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur, çünki azərbaycanlıların bu qələbədə böyük payı var.

Faşizm üzərində qələbəyə qədər müharibədə iştirak edən azərbaycanılardan biri də Həsənəliyev Ramazan İmran oğludur. O, 1923-cü ildə Qubadli rayonu, Müğanlı kəndində dünyaya gəlib. 1941-ci il iyun ayında Böyük Vətən müharibəsi başlayanda əvvəlcə böyük qardaşı Həsənəliyev İbrahimxəlil müharibəyə yollanıb. Bir neçə ay sonra qardaşı Ramazan Həsənəliyev də onun ardınca müharibəyə yollanıb. Həsənəliyev İbrahimxəlil 1943 cü ildə qəhrəmancasına həlak olub. Ramazan Həsənəliyev 1945-ci ilə müharibə başa çatana qədər qarın soyuğuna, müharibənin qanlı-qadalı günlərinə baxmayaraq vuruşub Berlinə qədər gedib çıxıb. Faşizm üzərində qələbə qazanıldıqdan sonra doğma kəndinə qayıdıb.
R.Həsənəliyev müharibədən sonrakı dövrlərdə də aktiv həyat sürüb. O, öncə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olur. Universiteti bitirdikdən sonra yenə doğma kəndinə qayıdır və müəllim kimi fəaliyyətə başlayır. O tədris prosesində xüsusi qabiliyyəti ilə seçilib, müxtəlif vəzifələrdə, məktəb direktorunun müavini, direktor kimi çalışıb. Ömrü böyu ictimai-siyasi aktiv şəxs olub, rayonun sayılıb seçilən ziyalılarından olub. 1993-cü ilin mayın 1-də 70 yaşında dünyasını dəyişib. Ramazan Həsənəliyev dünyasını dəyişdiyi günə qədər Ulu Öndərin hakimiyyətə gəlməsini ən çox istəyənlərdən və səy göstərənlərdən biri olmuşdur. Bu gün də bu onun nəticəsidir ki, Ramazan Həsənəliyevin övladları hətta nəvələri belə Ulu Öndərin varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyir.
Ramazan Həsənəliyevin səkkiz övladı üç oğlu, beş qızı olub. Bütün övladları Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Onlar müxtəlif dövlət müəssisələrində çalışaraq, ataları kimi aktiv fəaliyyət göstəriblər.
Oğlu Həsənəliyev Nazim Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsini, sonra Saratov ali partiya məktəbini bitirib. Uzun illər müxtəlif dövlət müəssisələrində, Dövlət Gömrük Komitəsində çalışıb. 2000-ci ildə dünyasını dəyişib.
Digər oğlu Həsənəliyev Babaxan 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinə daxil olub, 1993-cü ildə həmin universiteti Əhməd Cavad təqaüdü ilə bitirib. Həmin dövrdən də prokurorluq orqanlarında çalışır.
Digər övladı Əfqan Həsənəliyev orta məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarında xidmət etmiş. Sonradan Dzerjinskiy adına SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbinə daxil olub və həmin təhsil müəssisəni bitirdikdən sonra öz vətəninə Azərbaycana qayıdıb. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Dövlət Təklükəsizlik Komitəsində müxtəlif vəzifələrdə çalışmış, bütün dövrlərdə dövlətə, dövlətçiliyə sadiq olub.
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları



Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladlarıFaşizm üzərində qələbədə payı olan Azərbaycan övladları

Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları
Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları




           Tarix: 09-05-2020 12:42   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya