Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

İş adamı Əli Vəliyev də Prezidentin çağrışına qoşularaq məcburi köçkünlərə sovqat payladi

Laçınlı iş adamı Vəliyev Əli Səməd oğlu da laçınlıların xeyirxahlıq təşəbbüsünə qoşulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantin rejimi ilə əlaqədar olaraq aztəmatlı vətəndaşlara yardımların paylanılması, onlara maddi və mənəvi dəstək göstərilməsi ictimaiyyət tərəfindən yüksək razılıqla qarşılanır və birmənalı şəkildə dəstəklənir.
AzeriXalq.az xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsünə daha bir laçınlı iş adamı, daimi öz xeyriyəçilik fəaliyyəti ilə fəqrlənən “Ədiloğlu” firmasının direktoru Vəliyev Əli Səməd oğlu da qoşulmuşdur.
Belə ki, “Ədiloğlu” firmasının direktoru Əli Vəliyev xalqımıza xas olan insanpərvərlik ənənələrinə sadiq qalaraq, Saatlı və Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 100-dən çox ailəyə ərzaq yardımının verilməsini öz öhdəsinə götürmüşdür. Həmin ərzaq yardımları 2020-ci il 22 aprel tarixdə Saatlı və Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 100-dən çox ailəyə paylanılmışdır.
Ərzaq yardımlarının paylanışı ilə yanaşı məcburi köçkünlərin karantin rejimi qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
Məcburi köçüknlər onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti

Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.





           Tarix: 23-04-2020 12:31   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya