Reklam
Xəbər lenti





















09:53
09-04-2020
Cəbhədən XƏBƏR VAR
























Ən çox oxunanlar

Daha bir qurum fəaliyyətini məhdudlaşdırdı

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Facebook vasitəsi ilə vətəndaşlara müraciət edib.

AzeriXalq.az xəbər verir ki, o, miqrasiya xidmətlərinin əldə edilməsi ilə bağlı qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün müraciətlərin müvəqqəti olaraq aşağıdakı formada edilməsini tövsiyə edib:

1. Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək - istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.

2. Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaq. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.

3. Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılmışdır. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.

4. Ümumən xüsusi zərurət yoxdursa yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.

5. Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur./trend




           Tarix: 16-03-2020 11:14   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya