Reklam
Xəbər lenti



















09:53
09-04-2020
Cəbhədən XƏBƏR VAR


























Ən çox oxunanlar

Əsrin vəhşiliyi: Fevralın 26-da “Xocalı soyqırımı”nın ildönümüdür - Rusiya nəşri

Heç bir arqument və müharibə dövrü bəhanəsi Dağlıq Qarabağ münaqişəsində dinc sakinlərin kütləvi qətlinə bəraət qazandıra bilməz.

AzeriXalq.az xəbər verir ki, bu barədə Rusiyanın "Novıye İzvestiya" qəzetində dərc olunan "Əsrin vəhşiliyi: Fevralın 26-da "Xocalı soyqırımı"nın ildönümüdür" məqaləsində yazılıb.

Müəllif qeyd edir ki, bəşəriyyət tarixində bir xalqın digər xalqa qarşı törətdiyi vəhşiliklərin nümunələri çoxdur:

"Fevralın 26-da növbəti ildönümü qeyd olunacaq "Xocalı soyqırımı" da bu kədərli səhifələrdən bidirir. Şübhəsiz ki, bu, Dağlıq Qarabağdakı hərbi münaqişənin ən qaranlıq epizodlarından biridir. O zaman Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadın və uşaqlar öldürülmüş, yaralanmış və itkin düşmüşdü.

Erməni hərbçiləri bu şəhərə marağını Xocalının əlverişli mövqeyi ilə izah edirdilər. Şəhər Xankəndindən 10 kilometr məsafədə yerləşirdi ki, bu da Azərbaycan artilleriyasına Xankəndiyə maneəsiz atəş açmağa imkan verirdi. Bu arqument qəribə səslənir, çünki çoxsaylı ifadələrə əsasən Xocalıda ağır artilleriya yox idi, minaatanlardan isə bu məsafədən Xankəndini vurmaq mümkün deyildi.

Şahidlər vurğulayır ki, erməni hərbçilərinə MDB Birləşmiş Qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları dəstək göstərirdi və bu rəhbərliyin birbaşa əmri olmadan baş verirdi. Daha sonra general Polyakov öz müsahibəsində bildirmişdi ki, həmin alayda 103 erməni qulluq edirdi.

Rusiyanın "Memorial" hüquq təşkilatı müəyyən edib ki, Xocalı ələ keçiriləndən sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilmişdi. Onlardan 51-i qadın, 13-ü uşaq olub.

Bundan başqa, "Human Rights Watch" beynəlxalq hüquq təşkilatı yazırdı: "Geri çəkilməkdə olan onlarla könüllü müdafiəçinin müşayiəti ilə sakinlər kütləvi şəkildə şəhəri tərk edirdi. Sonra onlar erməni postu ilə üz-üzə gəldilər və vəhşicəsinə atəşə tutuldular..." Bu cür vəhşiliyə heç bir bəraət yoxdur və ola da bilməz.

Azərbaycan hökumətinin məlumatlarına əsasən hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

İstənilən halda "Xocalı soyqırımı" təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının faciəsidir. Bu cür vəhşilik nümunələrinə heç cür bəraət qazandırmaq olmaz.

Təsadüfi deyil ki, bu "mübarizə"nin "qalibləri" həmin tarix barədə danışmamağa üstünlük verirlər və dinc sakinlər arasında qurbanların sayını azaltmağa çalışırlar./trend




           Tarix: 26-02-2020 11:35   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya