Yeni Zelandiyanın Cənub Adasının sahilindəki Bluff limanından zəlzələ baş verib. AzeriXalq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Sakit Okeanda baş verən zəlzələnin gücü 7 bal olub. Yerin 10 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Ölənlər barədə məlumat yoxdur.