Ağ Evin yeni mətbuat katibi təyin olunub

Baxış: 25







Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən ayrılıb. O, digər qurumda işə girib. Onu bu vəzifədə müavni Karin Jan-Pyer əvəz edib.
AzeriXalq.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Jan-Pyer bu vəzifəni tutan ilk qaradərili amerikalı qadın və LGBT icmasının ilk nümayəndəsi olacaq.
ABŞ Prezidenti Co Bayden bundan əvvəl Karin Jan-Pyerin Ağ Evin mətbuat katibi olacağından qürur duyduğunu bildirib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!