Macarıstan Rusiya qazını rublla almağa qərar verdi

Baxış: 24


Macarıstan Rusiya qazını rublla almağa qərar verdi

Macarıstan Rusiya qazını rublla almağa qərar verib. 
AzeriXalq.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər naziri Peter Siyyarto bildirib.
"Budapeşt Rusiya Federasiyasının qazından 85%, neftindən isə 65% asılıdır, buna görə də yaxın beş ildə Rusiyadan idxaldan imtina etmək üçün alternativ variantları yoxdur", - XİN başçısı deyib. 
O, CNN telekanalına müsahibəsində qeyd edib ki, ölkə enerji resursları üçün Rusiya rublu ilə ödəniş edəcək və Moskvanın təklif etdiyi hesablaşma sxemindən istifadə edəcək: "Çünki bunu infrastruktur müəyyən edir. Bu əylənmək üçün deyil, bu vəziyyəti biz seçməmişik". 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!