Pakistanda qatarlar toqquşub, 36 nəfər həlak olub, 50 nəfər xəsarət alıb

Baxış: 16




Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
AzeriXalq.az xəbər verir ki, bu barədə  “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.
Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.
Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. (Report)
 
 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!