Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 612 mindən çox artıb

Baxış: 18






Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 612 mindən çox artıb.
"TASS" agentliyinin  verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 612 369 nəfər yeni koronavirusa yoluxub, 10 590 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 781 957, ölənlərin isə 2 759 432 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!