Ermənistanda daha 1 094 nəfər COVID-19-a yoluxub

Baxış: 16






Ermənistanda son sutkada daha 1 094 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 189 540-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 3 450-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı son sutkada daha 5 nəfər artaraq 881 nəfərə çatıb. İndiyədək 170 903 pasiyent infeksiyadan sağalıb. Hazırda 14 306 nəfər müalicə olunur.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!